Ankara Universitetində ortaq irs işığında konfrans və sərgi keçirilib

Türkiyənin Ankara Universitetində “Ortaq İrs İşığında Qars və Qərbi Azərbaycan ənənəvi geyim mədəniyyəti” mövzusunda konfrans və sərgi təşkil olunub.

Tədbir Ankara Universitetinin İncəsənət Fakültəsi və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə Ankara Universitetinin rəhbərliyi, diplomatlar, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, alimlər və mütəxəssislər iştirak ediblər.

Konfransdan əvvəl Azərbaycan və Anadolu milli ornamentlərinin zənginliyini, tikmə və toxuculuq sənətinin incəliklərini əks etdirən milli geyim nümunələrinin nümayiş olunduğu sərgi açılıb.

Sərgidə bölgənin xarakterik simvollarını, etnik naxışlarını və rəng çalarlarını özündə əks etdirən, milli kimliyin və mədəni irsin qiymətli nümunələri sayılan qadın və kişi geyimləri təqdim olunub.

Daha sonra Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının layihəsi çərçivəsində konfrans keçirilib.

Konfransda çıxış edənlər bu bölgələrin qədim mədəniyyətlərinin etnoqrafik, tarixi və bədii xüsusiyyətlərinin Azərbaycan və Anadolu xalqlarının milli geyim ənənələrində öz əksini tapdığını vurğulayıblar. Həmçinin iki qardaş xalqın ortaq mədəni kodunun təzahürü olan milli geyim ənənələrinin oxşarlığı və birliyi xüsusi qeyd olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ