Ankara Musiqi və Gözəl Sənətlər Universitetində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Gülçin Yahya Kaçar ilə görüşüb.

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində keçirilən görüşdə iki qurum arasında həyata keçirilən “Qardaş qurumlar” layihəsi, eləcə də son illərdə Azərbaycanın milli mədəniyyətinin və ortaq dəyərlərin təbliği məqsədilə reallaşdırılan layihələr dəyərləndirilib.

Görüşdə qarşılıqlı təcrübə və məlumat mübadiləsi ilə yanaşı, Azərbaycanın dahi bəstəkarı, Türk dünyasının görkəmli mütəfəkkiri Üzeyir Hacıbəylinin xatirəsinin universitetdə əbədiləşdirilməsi məqsədilə küçələrdən birinə onun adının verilməsi, həmçinin universitet kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılması layihələri yüksək qiymətləndirilib.

Tərəflər iki qurum arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, mədəniyyət və incəsənət sahəsində yeni birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq planları ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ