Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Düşünür Kollecinin İdarə Heyətinin sədri Fırat Akyol, Düşünür Kolleci Çayyolu Kampusunun müdiri Cansu Çaycı və Ankara Düşünür Kollecinin Tarix və Mədəniyyət Koordinatoru Mustafa Yıldızhan ilə görüşüb.
Görüşdə Ankara Düşünür Kollecində milli mədəniyyətimizin, tariximizin və ortaq dəyərlərimizin tanıdılması, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə ortaq layihələrin reallaşdırılması barədə razılıq əldə edilib.




