TRT Türkü Radiosunda Zeynəb Xanlarovaya həsr olunmuş xüsusi proqram yayımlanacaq

Azərbaycan musiqisinin canlı əfsanəsi, Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova TRT Türkü Radiosunun dinləyiciləri ilə görüşəcək.

Sənətkarın yaradıcılıq yoluna və musiqiyə həsr etdiyi ömrünə işıq salan “Azərbaycan Rüzgarı” proqramı layihənin müəllifi və aparıcısı, doktor Səidə Ömərin təqdimatında bu axşam saat 22:30-da efirə yayımlanacaq.

Azərbaycanın zəngin musiqi mədəniyyətini, köklü sənət ənənələrini və unudulmaz musiqi irsini əks etdirən bu xüsusi proqramı qaçırmayın!

📻 TRT Türkü Radiosu

🕥 Bu axşam saat 22:30-da

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ