Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dirijor, bəstəkar və pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadə və azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadə ilə görüşüb.
Görüşdə Azərbaycan musiqi mədəniyyətinin Türkiyədə daha geniş auditoriyaya tanıdılması, iki ölkə arasında musiqi və incəsənət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.



