Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədqiqatçı-yazar, beynəlxalq münasibətlər və mədəni diplomatiya üzrə mütəxəssis, Türk Dünyası Tələbə Birliyinin və Bursa 1326 İdman Klubunun prezidenti Mehmet Emir Aksoy ilə Ankarada görüşüb.
Keçirilən görüşdə münasibətlərimizin ictimai və mədəni istiqamətlərinin daha da gücləndirilməsinə yönəlmiş birgə layihələr müzakirə olunub.
Görüşdə həmçinin Türk dünyasının görkəmli şəxsiyyətlərinin və böyük simalarının Bursada tanıdılmasına yönəlmiş daimi mədəni layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin Bursada daha geniş auditoriyaya çatdırılması, eləcə də Azərbaycan Mədəniyyəti və İncəsənəti Həftəsi çərçivəsində keçirilə biləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.



