Ortak Dəyərlərimizin və Milli Mədəniyyətimizin Türkiyədə təbliğinə yönəlik layihələr və İğdırda “Bir Millət, İki Dövlət” gənclər teatrının fəaliyyəti müzakirə olundu.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Bir Millət, İki Dövlət” Gənclər Teatrının təsisçi və quruluşçu rejissoru, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin gənc nəsillərə teatr və incəsənət vasitəsilə çatdırılması, iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində İğdırda yaradılan “Bir Millət, İki Dövlət” Gənclər Teatrının gələcək fəaliyyətinə dair yeni layihələr, yaradıcılıq istiqamətləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.



