Ərzurumda yaradılacaq “Kardeş Kömeği Muzeği” layihəsi müzakirə olunub

Ortaq dəyərlərimizin təbliği məqsədilə Ərzurumda yaradılacaq Qardaş Köməyi Muzeyi layihəsi müzakirə olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurum Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər Dairə başqanı  Ergün Engin ilə görüş keçirib.

Görüş zamanı Ərzurumda ortaq dəyərlərimizin və milli mədəniyyətimizin təbliği istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşün ardından Ərzurumda yaradılması nəzərdə tutulan “Qardaş Köməyi” Muzeyinə yerində baxış keçirilib. Baxış zamanı muzeyin konsepsiyası və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib.

“Qardaş Köməyi” Muzeyinin Azərbaycan və Türkiyə arasındakı ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarının təbliğinə, eləcə də bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ