Erzurumda elm adamları ilə ortaq dəyərlərimizin təbliği məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurum Atatürk Universitetində Azərbaycan və Türk dünyası ədəbiyyatı, eləcə də tarix sahəsində çalışan alim və tədqiqatçılarla görüşüb.

Görüş zamanı ortaq dəyərlərimiz, Azərbaycan və Türk dünyasının tarixi və ədəbiyyatı ilə bağlı elmi araşdırmalar müzakirə olunub. Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin öyrənilməsi, elmi-akademik fəaliyyətlərin dəstəklənməsi və müştərək mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Ərzurumda yaradılması planlaşdırılan “Qardaş Köməyi” Muzeyinin fəaliyyəti və məzmunu, eləcə də gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə müzakirələr keçirilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ