Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə Sirus Mədəniyyət-Sənət Fondunun sədri Serap Gürkan Firdevsi ilə görüş keçirib.
Sirus Fondu tərəfindən hər il Ankarada müxtəlif ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinin iştirakı ilə ənənəvi olaraq “Dünya Mədəniyyətləri Festivalı” təşkil olunur.
Görüş zamanı bu il 10–11 oktyabr tarixlərində keçiriləcək “Dünya Mədəniyyətləri Festivalı” çərçivəsində Azərbaycanın zəngin milli mədəniyyətinin daha geniş şəkildə tanıdılması və müxtəlif mədəni layihələrin həyata keçirilməsi ilə bağlı fikir və təkliflər müzakirə olunub.
Qeyd edək ki, “Dünya Mədəniyyətləri Festivalı” müxtəlif ölkələrin ənənəvi musiqisi, rəqsləri, milli geyimləri, qastronomiyası və digər mədəni dəyərlərini Ankarada bir araya gətirən mühüm beynəlxalq tədbirlərdən biridir.



