Türkiyədə “Mədəniyyət Yolu Festivalı” çərçivəsində 20 avqust 2026-cı il tarixində Ərzurumda “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” adlı konfrans və konsert proqramı keçiriləcək.
Türk dünyasının əsrlər boyu yaşayan ən qədim və köklü mədəniyyət-sənət ənənələrindən biri olan aşıq sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunan proqramda Azərbaycan və Türkiyənin seçkin aşıqları eyni səhnədə bir araya gələcəklər.
Proqram Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Qatılımçılar:
Azərbaycandan:
Altay Memmedov, Hafız Kerimov, Ali Quliyev
Türkiyədən:
Rahim Sağlam, İhsan Yavuzer
Məkan: Ərzurum Dövlət Teatrı səhnəsi
Tarix: 20 avqust 2026-cı il
Saat: 19:00



