Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə HAZARFEM İdarə Heyətinin sədri Nuran Acar arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasındakı mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi, iki ölkənin ortaq tarixi və mədəni dəyərlərini ön plana çıxaran birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Azərbaycanın milli mədəniyyətinin və xalq rəqslərinin Türkiyədə daha geniş auditoriyalara tanıdılması, azərbaycanlı sənətçilərin müxtəlif mədəniyyət və incəsənət tədbirlərində iştirakının təmin edilməsi, konsert və folklor proqramlarının təşkili, eləcə də uzunmüddətli və davamlı mədəni layihələrin həyata keçirilməsi ilə bağlı fikir və təkliflər bölüşülüb.



