Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova Damar və Azərbaycan mədəniyyətinin İzmirdə tanıdılmasına verdiyi töhfələri ilə tanınan Azərbaycanın Əməkdar artisti, aktrisa Roza İbadova ilə görüş keçirib.
Onlayn formatda keçirilən görüşdə Azərbaycan milli mədəniyyətinin İzmirdə daha geniş auditoriyaya tanıdılması, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi, birgə mədəni layihələrin həyata keçirilməsi və gələcəkdə təşkil edilə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan mədəniyyət və incəsənətinin Türkiyədə daha geniş şəkildə təbliğ olunması, iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi məqsədilə birgə layihə və tədbirlərin sayının artırılması barədə razılıq əldə olunub.



