Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Hatay Mustafa Kamal Universitetinin birgə layihəsi çərçivəsində Azərbaycanın Müstəqillik Günü münasibətilə “Azərbaycan sənət həftəsi” adlı bədii proqram təqdim olunub.
Proqramda universitet rəhbərliyi, Hatay şəhər icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, elm adamları, universitetin müəllim və tələbə heyyəti iştirak edib.
Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz nümayiş etdirilib.
Universitetin tələbə kollektivi tərəfindən hazırlanmış “Zeybək” türk rəqsi də səhnələşdirilib.
Azərbaycanlı sənətçilər Vüsalə Məryəm Əliçi və opera ifaçısı Fidan Hüseynova milli musiqi nümunələri ilə çıxış ediblər.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.




