Milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılması ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İZAZDER Qadınlar Komitəsinin sədri Tərlan Avazqızı Akçayı qəbul edib.
Görüş zamanı İzmirdə milli mədəniyyətimizin təbliği və ortaq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



