Türkiyənin Bursa şəhərində ortaq dəyərlərimiz, Türk dünyasının tarixi və ədəbiyyatı ilə bağlı akademik araşdırmalarımız və elmi layihələrimiz müzakirə olunub.
Belə ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Bursa Uludağ Universitetinin Türk Dövlətləri və Qohum Topluluqları Araşdırma və Tətbiq Mərkəzinin (TÜDAM) direktoru professor Ferhat Kurtulmuş ilə görüşüb.
TÜDAM-da keçirilən görüş zamanı əməkdaşlıq imkanları və ortaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin başqanı Lətifə Nağdəliyeva da iştirak edib.




