Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru ilə görüş keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru, professor Zekeriya Akmanını qəbul edib.

Görüş zamanı ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması, Azərbaycanla bağlı elmi araşdırmaların hazırlanması, akademik sahədə əməkdaşlıq imkanları, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və bu kontekstdə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.

Görüşdə Kilis 7 Aralık Universitetinin Təhsil Fakültəsinin dekanı və rektor müşaviri professor Şahin Əhmədoğlu, eləcə də rektor müşaviri dosent Ali Kestanə iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ