Ankarada “Suverenliyimizə aparan şanlı zəfər” adlı rəsm sərgisi keçiriləcək

“Suverenliyimizə aparan şanlı zəfər” adlı rəsm sərgisi 7 aprel tarixində Ankara Rəsm və Heykəl Muzeyində təşkil olunacaq.

Sərgi Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəl Muzeyinin birgə layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qazanılmış tarixi qələbəni incəsənət vasitəsilə təqdim etmək, Vətən müharibəsinin mənəvi və tarixi əhəmiyyətini ictimaiyyətə çatdırmaq, Türkiyədə yaşayan azərbaycanlı rəssamların yaradıcılığını tanıtmaq və Azərbaycan–Türkiyə mədəni əlaqələrini daha da möhkəmləndirməkdir.

Sərgidə nümayiş olunacaq 44 rəsm əsəri Təşkilat Komitəsi tərəfindən seçilmişdir.

Təqdim edilən dəyərli əsərlərin gələcəkdə Azərbaycan və Türkiyədəki muzeylərdə daimi ekspozisiya kimi sərgilənməsi, həmçinin sərginin il ərzində Ankara və İstanbul şəhərlərində davamlı şəkildə təşkil olunması planlaşdırılır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ