Azərbaycanlı alimlə görüşdə ədəbiyyatımızın Türkiyədə təbliği müzakirə edilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyası ədəbiyyatı üzrə önəmli çalışmaları olan azərbaycanlı alim, Türkiyənin Selçuk Üniversitesinin müəllimi, dosent Tərənə Haşimova ilə görüş keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan ədəbiyyatının Türkiyədə daha geniş tanıdılması, ədəbi əsərlərin Türkiyə türkcəsinə tərcüməsi və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı türk dünyası ədəbiyyatının ortaq dəyərlərinin araşdırılması, Azərbaycan yazıçı və şairlərinin əsərlərinin Türkiyədə nəşri, eləcə də ortaq elmi və mədəni layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcəkdə ədəbi tədbirlərin, elmi görüşlərin və tərcümə layihələrinin həyata keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ