Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinə bağlı Vəqf Məktəbi Liseyinin Təsviri sənətlər bölməsinin müdiri, Türkiyənin TV6 kanalında yayınlanan “Buketin Penceresinden” verilişinin aparıcısı və prodüseri Buket Dəmiri qəbul edib.
Görüş zamanı ortaq mədəni dəyərlər, rəssamlıq və musiqi sahələrində həyata keçirilə biləcək birgə layihələr, həmçinin televiziya proqramları müzakirə olunub.
Eyni zamanda görüşdə Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin gənc nəslə tanıdılması istiqamətində əməkdaşlıq imkanlarına da diqqət yetirilib.




