Azərbaycan və Türkiyə arasında opera və balet sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Opera və Balet Teatrının direktoru Demet Gökalp ilə görüş keçirib.

Görüşdə 2025-ci ildə uğurla reallaşdırılmış birgə layihələr dəyərləndirilib, əldə olunan nəticələr müzakirə olunub.
Görüş zamanı 2026-cı ildə opera və balet sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, ortaq mədəni dəyərlərin təbliği, Azərbaycan bəstəkarlarının əsərlərinin Türkiyənin opera və balet səhnələrində səhnələşdirilməsi, həmçinin hər iki ölkənin sənətçilərinin iştirakı ilə birgə konsert və opera tamaşalarının hazırlanması məsələləri diqqət mərkəzində olub.

Görüşdə Ankara Opera və Balet Teatrının mütəxəssisləri də iştirak ediblər.

 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ