Azərbaycan-Türkiyə qardaşlığı sənət proqramında əks olunub

“Azərbaycan sənət həftəsi” çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konsert proqramı təşkil edilib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara şəhərindəki Özəl Yüce Məktəbində təşkil etdiyi  proqram Azərbaycan incəsənətinin təbliği məqsədi  daşıyıb.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirilən layihələrdən danışaraq, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.   

Ankara Özəl Yüce Məktəblərinin direktor müavini Ece Ersin çıxışında Türkiyə ilə Azərbaycan arasındakı dərin köklü qardaşlığın təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıqla daha da gücləndiyini bildirib və məktəblərinin bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb.

Proqram çərçivəsində səhnələşdirilən bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və gənc müğənni Uğur Məmmədov Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqs Ansamblı da milli rəqsləri ifa ediblər.

Konsert proqramında iki ölkənin tarixi dostluğuna dair musiqilər ifa edilib. Tədbir bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ