Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində “Azərbaycan Sənət Həftəsi” keçiriləcək.
Bu çərçivədə Azərbaycan və Türkiyədən olan sənətçilərin iştirakı ilə “Qardaşlığımız əbədidir” adlı konsert proqramı təqdim olunacaq.
Konsert proqramları 22 dekabr tarixində Kayseri Universitetində, 24 dekabr tarixində isə Ankarada Hacı Bayram Vəli Universitetinin İTRİ salonunda baş tutacaq.
Proqramda Azərbaycan Dövlət sənətçiləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəhri Kazım-Nicat, opera müğənnisi Fidan Hüseynova, İstanbulda fəaliyyət göstərən “Azərbaycan Rüzgarı” şeir-muğam qrupu, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək.
Konsert proqramına hər kəs dəvətlidir.




