Ankarada keçirilən xeyriyyə yarmarkasında Azərbaycan təmsil olundu

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi Xarici İşlər Nazirliyinin Əməkdaşlarının Həyat Yoldaşları Həmrəylik Dərnəyi (DMEDD) tərəfindən təşkil olunan ənənəvi xeyriyyə yarmarkasında iştirak edib.

Tədbir çərçivəsində səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və yerli məhsulları təqdim olunub. Azərbaycan mətbəxinə aid ənənəvi təamlar, əl işləri və milli mədəni məhsullar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Mədəni proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur Rəqs Ansamblı milli rəqslərimizi nümayiş etdirib.

Yarmarka çərçivəsində toplanan ianələrin təqaüdlərə və sosial yardım layihələrinin həyata keçirilməsinə yönəldiləcəyi bildirilib.

Aksiya diplomatik nümayəndəliklər arasında həmrəyliyin möhkəmləndirilməsi və xeyriyyəçilik dəyərlərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ