Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib

Noyabrın 7-də İstanbul şəhərində Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilmişdir. Toplantıda Azərbaycan tərəfini Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil etmişdir.
İclasda iki qardaş ölkə arasında mövcud mədəni əməkdaşlığın cari vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Tərəflər mədəni irs, kino, teatr, muzey və kitabxana işi, yaradıcı sənayelər, musiqi təhsili, həmçinin normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulamışlar.
İclas zamanı qeyd edilmişdir ki, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr ortaq tarixi köklərə və mənəvi dəyərlərə əsaslanır, xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edir.
Görüşün sonunda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın 5-ci iclasının protokolu imzalanmışdır. Bu sənəd gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən və iki ölkə arasında mədəni münasibətlərin daha sistemli şəkildə inkişafına zəmin yaradan mühüm razılaşma sənədi kimi qiymətləndirilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ