Azərbaycan Xalq Şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” adlı teatr əsəri çap edilib

Azərbaycan Xalq Şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü Kəsən Qılınc” adlı teatr əsəri Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihə çərçivəsində Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Bu il Azərbaycanda məşhur şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır.
“Türk Ədəbiyyatının İnciləri” seriyası çərçivəsində nəşr edilən “Özümüzü Kəsən Qılınc” əsəri, Göytürk Xaqanlığının tarixindən və bu qədim dövlətin dövlətçilik yolundan bəhs edir.
Əsərin əsas ideyası Türk Birliyinin qorunmasının vacibliyidir. Yazıçı Bəxtiyar Vahabzadə əsər boyunca türklərin tarix boyu yaşadıqları faciələrin səbəbini aralarındakı birliyin pozulması ilə əlaqələndirir, eyni zamanda cəsur və mərd türk xalqlarının bənzərsiz qəhrəmanlıqlarını təsvir edir. Əsərin sonunda Göytürklər öz ideallarına çataraq, möhtəşəm Türk Birliyini bərqərar edir və güclərini bütün dünyaya sübut edirlər.
Bu möhtəşəm səhnə əsəri Azərbaycan Milli Dram Teatrı və bölgə teatrları tərəfindən dəfələrlə səhnələşdirilmiş, hazırda isə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə yeni versiyada tamaşaya hazırlanır.
“Özümüzü Kəsən Qılınc” əsərinin layihə rəhbəri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raymkulova, nəşrin redaktoru isə Fərid Hüseyndir.
Əsərin nəşri, gələcəkdə Türk teatrlarında səhnələşdirilməsi üçün yeni imkanlar yaradacaq.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ