Azərbaycan Mədəniyyət Elçiləri Forumu 2025-ci il 3–5 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.

Azərbaycan Mədəniyyət Elçiləri Forumu 2025-ci il 3–5 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.
Forumun əsas məqsədi Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə tanınmış mədəniyyət xadimləri arasında əməkdaşlığın gücləndirilməsidir. Tədbir çərçivəsində panel müzakirələri, elmi-praktik sessiyalar, milli mədəni irs nümunələrindən ibarət sərgi və geniş konsert proqramı təşkil olunacaq.
Forum iştirakçıları, eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1–9 noyabr tarixlərində Antalyada keçiriləcək “Kültür Yolu” Festivalında fəxri qonaq qismində iştirak edəcəklər. Bu il festivalda Azərbaycan xüsusi proqramla təqdim olunacaq.
Xaricdə yaşayan azərbaycanlı mədəniyyət nümayəndələri 2025-ci il 1 oktyabr tarixinədək https://culture.fillout.com/elchiler səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ