“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı Ankarada keçirildi

30 may tarixində Ankaradakı Rəsm və Heykəl Muzeyində məşhur rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı və “Cənnət Röyası” sənədli filminin nümayişi baş tutub.
Azərbaycan təsviri sənətinin banisi, tanınmış rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə təşkil edilən tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İncəsənət Muzeyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, İrəvan xanlığı hər zaman öz zəngin mədəniyyəti, yüksək dövlətçilik və maarifçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunması ilə seçilmişdir. O vurğulayıb ki, bu ərazidə doğulub boya-başa çatan sənətkarlar, alimlər və şairlər təkcə öz dövrləri üçün deyil, gələcək nəsillər üçün də zəngin bir irs qoyub getmişlər.
Nazir müavini bildirib ki, XIX əsrdə İrəvanda yaşamış, Qərbi Azərbaycanda formalaşan Azərbaycan mədəni mühitinin ən parlaq nümayəndələrindən olan görkəmli rəssam, portretçi və naxışçı Mirzə Qədim İrəvani Şərq və Qərb təsviri sənət üslublarını sintez edərək müasir Azərbaycan monumental rəssamlığının əsasını qoymuş, onun yaradıcılığı ölkəmizdə təsviri sənətin inkişafında mühüm mərhələyə çevrilmişdir.
Səadət Yusifova çıxışında qeyd edib ki, təəssüflə qeyd olunmalıdır ki, XX əsrin əvvəllərindən etibarən azərbaycanlıların bu ərazilərdən kütləvi şəkildə deportasiya olunması nəticəsində Qərbi Azərbaycanın yüzillik tarixi və mədəni irsi ciddi təhdid altına düşmüş, bir çox tarixi-mədəni abidələr və sənət nümunələri məhv edilmiş, təhrif olunmuş və erməniləşdirilmişdir.
Bununla belə, taleyin bu ağır sınaqlarına baxmayaraq, Mirzə Qədim İrəvaninin əsərləri Azərbaycan mədəniyyətində silinməz izlər buraxmışdır. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə qeyd olunması haqqında sərəncam imzaladığını xatırladaraq, tədbir çərçivəsində nümayiş etdirilən “Cənnət Röyası” sənədli filmi barədə də məlumat verib.
Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam isə çıxışında bu cür sərgilərin ortaq yaddaşın qorunması baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O vurğulayıb: “Xalqımızın kökləri

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ