İstanbul Bahçeşehir Universiteti, Azərbaycan tar ixtisası üzrə ilk dəfə tələbə qəbul etməyə başlayıb.

Azərbaycanın milli musiqi aləti olan və UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında yer alan tar musiqi aləti üzrə İstanbulun nüfuzlu Bahçeşehir Universitetində tədris başlayır. Bu məqsədlə universitetdə tar ixtisası üzrə bir bölüm yaradılır. Layihə, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bahçeşehir Universitetinin tar bölməsində Azərbaycan milli musiqisi, musiqi tariximiz, Azərbaycan xalq musiqisinin əsasları, saz-muğam ifaçılığı kimi mövzularda tədris aparılması planlaşdırılır.
Həmin bölmənin Azərbaycandakı müvafiq təhsil müəssisələri ilə əlaqələr qurması, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində il ərzində tanınmış tar ustalarının iştirakı ilə ustad dərsləri təşkil etməsi nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Azərbaycan Rüzgarı” qrupu tərəfindən Bahçeşehir Universitetinin Konservatoriyasının Pera səhnəsində milli musiqi alətimiz tarın tanıtımı həyata keçirilmişdi.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ