Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycan Rizə Kitab Sərgisində fəxri qonaq statusunda iştirak edəcək

Azərbaycan Türkiyənin Rizə şəhərində keçiriləcək kitab sərgisində “fəxri qonaq” qismində iştirak edəcək. Sərgi bu il 24 aprel – 3 may tarixləri arasında baş tutacaq. Kitab sərgisində Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan stendi qurulacaq. Stenddə azərbaycanlı yazıçıların oxucularla görüşləri keçiriləcək, həmçinin ölkəmizə dair yeni kitabların təqdimatı olacaq. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin […]