Azərbaycan Mədəniyyət Mərkəzi

 Azərbaycan Türkcəsi Tədris Ocağında “IRS”in nəşrlərinə həsr olunmuş müzakirə keçirilib

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında ölkəmizin tarixi və mədəniyyətinə aid mühüm kitablar çap edən “İRS” nəşriyyat evinin nəşrləri təqdim olunub. Bununla əlaqədar, “İRS” nəşriyyat evinin layihə rəhbəri və baş redaktoru Musa Mərcanlının “Əziz şəhər Şuşa”, “Şirvanşahların mininci ili”, “Daşları toplama zamanı” kitablarının türkiyəli alimlərin iştirakı ilə müzakirəsi keçilib. […]

Türkiyənin Kars şəhərində Azərbaycan mədəniyyəti ilə bağlı rəsmi görüş keçirilib

Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kars İl Kültür və Turizm Müdiri Bayram Yiğci ilə görüşüb. Kars İl Kültür və Turizm Müdirliyində keçirilən görüşdə Azərbaycan milli mədəniyyətinin və ortaq dəyərlərimizin Karsda tanıdılması istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılığa gəliblər.