Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Antalyada əməkdaşlıq müzakirəsi aparılıb

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin sədri, vəkil Lalə Həsənova ilə görüşüb. Dərnəklərin ofislərində keçirilən görüş zamanı Antalyada milli mədəniyyətimizin, tariximizin, ana dilimizin və ortaq dəyərlərimizin tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlər müzakirə olunub. Eyni zamanda gələcək […]