Tuzgölü Tələbə Birliyi Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət edib

Ankara Yıldırım Beyazıt Universitetinin Tuzgölü Tələbə Birliyi Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Təhsil Ocağını ziyarət edib. Proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin müəllimi Dr. Şəhla İbişova çıxış edərək, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib. […]
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə Azərbaycan kitabları hədiyyə edilib

Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti və tarixinə dair 400-dən artıq kitab hədiyyə edilib. Həmçinin nəşrlərdən ibarət sərgi açılıb. Layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində həyata keçirilib. Bu münasibətlə universitetin kitabxanasında təşkil olunan tədbirdə […]
Ankarada Üzeyir Hacıbəylinin adını daşıyan küçənin açılışı olub

Azərbaycan xalqının dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi sayılan Üzeyir Hacıbəylinin adını daşıyan küçənin rəmzi açılışı olub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə diplomatlar, ali təhsil müəssisəsinin rəhbərliyi, alimlər, dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Ankara Musiqi və Gözəl […]