Azərbaycan Mədəniyyət Mərkəzi

Merzifonda Azərbaycan Xalq Nağıllarının Türkiyə Türkcəsində Təqdimatı Keçirildi

Türkiyənin Amasya vilayətinin Merzifon şəhərində təşkil olunan 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Azərbaycan xalq nağıllarının Türkiyə türkcəsinə tərcümə edilmiş versiyaları oxuculara təqdim olunub.150-dən çox nəşriyyatın, 200-dən artıq yazıçı və şairin iştirak etdiyi sərgidə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində iki nəşrin təqdimatı keçirilib. Bunlardan biri uşaq yazıçısı Solmaz Amanovanın Türkiyə türkcəsinə […]

8-ci Merzifon Kitab Sərgisində Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin Türkiyə Türkcəsində Yeni Nəşrlərinin Təqdimatı Keçirildi

Türkiyənin Amasya vilayətində keçirilən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Azərbaycan şairləri – böyük söz ustadı Nizami Gəncəvi və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin Türkiyə türkcəsində yenidən nəşr olunmuş əsərlərinin təqdimatı keçirilib.Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində gerçəkləşən təqdimatda Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”, “İskəndərnamə” əsərləri, eləcə də Bəxtiyar Vahabzadənin […]

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Amasyada Azərbaycan icması ilə görüş keçirdi

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Merzifon Kitab Sərgisi çərçivəsində Amasya şəhərinə səfər edib. Səfər zamanı o, bölgədə yaşayan azərbaycanlılar, yerli Azərbaycan dərnəyinin nümayəndələri, ziyalılar və ağsaqqallarla görüşərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, ortaq dəyərlərin qorunması və milli mədəniyyətimizin tanıdılması istiqamətində görülən işlər barədə müzakirələr aparıb.Görüşdə iki ölkə arasında […]