Azərbaycan-Türkiyə arasında yeni əməkdaşlıq layihələri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Ankara Dövlət Konservatoriyasının direktoru, professor Burak Tüzün ilə görüşüb. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə mədəniyyət və incəsənət sahəsində indiyədək həyata keçirilən əməkdaşlıq müzakirə olunub, gələcəkdə birgə layihələrin reallaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. […]