Ortaq dəyərlərimizin, qardaşlıq əlaqələrimizin təbliği və birgə layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay, Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri və Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli və Anadolu Kino və Televiziyaçılar Peşə Birliyinin sədri Muammer Sarıkaya arasında dördtərəfli görüş keçirilib. Görüşdə bu il 40 illiyi qeyd […]