Azərbaycan dilinin tədrisi və ortaq dəyərlərimizin tanıdılması sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qars Qafqaz Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün Azərbaycan türkcəsi və ədəbiyyatı kafedrasının müdiri, professor İlkin Gülüsov ilə onlayn görüş keçirib. Görüş zamanı Türkiyədə Azərbaycan türkcəsinin tədrisi, ortaq dəyərlərimizin tanıdılması, eləcə də bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflər müzakirə olunub. […]