Azərbaycan Mədəniyyət Mərkəzi

Amasyada Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı müzakirə edilib

 Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Amasya şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Yaser Ergünü ziyarət edib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın inkişafı, birgə layihə və tədbirlərin həyata keçirilməsi, eləcə də iki qardaş ölkə arasındakı mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Amasyada Azərbaycan Milli Qurtuluş Gününə həsr olunmuş sənət proqramı təqdim edilib

Türkiyənin Amasya şəhərində keçirilən Beynəlxalq Atatürk Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində “Azərbaycan Sənət Göstərisi” adlı konsert proqramı təqdim olunub. Amasya İcra Hakimiyyəti, Amasya Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Amasya Azərbaycan Dostluq Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhərin mərkəzində yerləşən Yavuz Səlim Meydanında keçirilib. Tədbirdə Amasya İcra hakimiyyətinin başçısı Öndər […]