Ankarada DODEA Beynəlxalq məktəbində keçirilən Mədəniyyət Festivalında Azərbaycan stendi açılıb

Ankara şəhərində fəaliyyət göstərən DODEA Beynəlxalq məktəbində 25 aprel tarixində “Beynəlxalq Mədəniyyət Festivalı” təşkil olunub. Müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” təşkil edib və milli mədəniyyətimizə dair nümunələr təqdim olunub. Festivalda Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və digər ölkələr iştirak edərək, […]