İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

İstanbulda azərbaycanlı bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert təşkil edilib. Aprelin 1-də Atatürk Kültür Merkezində baş tutan möhtəşəm konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Tədbir bəstəkarın müəllifi olduğu “Senfonik Gravürler” layihəsi çərçivəsində reallaşdırılıb. Konsertdə simfonik əsərlər İstanbul Devlet Opera ve Bale Orkestrası tərəfindən ifa olunub. Orkestraya Fuad İbrahimov dirijorluq edib. […]