Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri də 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində ayrıca stendlə təmsil olunurlar.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin birgə stendində Türkiyədə nəşr olunan kitabları nümayiş etdirir. Sərgidə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinə dair yerli dillərdə nəşr olunmuş kitablar da yer almaqdadır. Xüsusilə, Türkiyədəki […]