Azərbaycan nümayəndə heyəti TÜRKSOY-un Trabzon şəhərində keçirilən 5-ci Ali Səviyyəli Rəhbərlər Toplantısında iştirak edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və Trabzon Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Trabzon şəhərində keçirilən 5-ci Ali Səviyyəli Rəhbərlər Toplantısında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Ferid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.Tədbirdə TÜRKSOY-a üzv ölkələrin yüksək səviyyəli rəsmiləri, yerli idarəetmə orqanlarının nümayəndələri və müxtəlif ölkələrdən gəlmiş qonaqlar bir araya gələrək, türk dünyasında […]