“Ölü Həsən” filmi Azərbaycan və Türkiyənin birgə istehsalı ilə tamamlandı

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” bədii filminin çəkilişləri uğurla başa çatıb. Film Türkiyənin “Ultra Production”, “Poetika Film” və Azərbaycan Rejissorlar İttifaqı tərəfindən istehsal olunub. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Film Agentliyi (ARKA), İctimai Televiziya və “Dev Film”in dəstəyi ilə həyata keçirilib.Filmin rejissoru Türkan Hüseynlidir. Ssenarinin müəllifləri Türkan Hüseyn və İsmayıl İmandır. […]