Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbə Azərbaycanla bağlı nəşrlər hədiyyə olundu, ortaq dəyərlərimizin və Azərbaycan mədəniyyətinin tanıdılmasına dair layihələr müzakirə edildi

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Kahramanmaraş şəhərində yerləşən Heydər Əliyev adına ibtidai məktəbin direktoru Murat Demirci ilə görüşüb. Məktəbdə baş tutan görüş zamanı “Bir millət, iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, ortaq milli-mədəni dəyərlərimizin təbliği və tanıdılması […]