Türkiyənin Qazi Universitetində Azərbaycan dilinin Tədrisi Ocağında tariximizə dair ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında tariximizə dair ilk açıq dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.Tədbirdə Qazi Universitetinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan dili kurslarının tələbələri və ziyalılar iştirak ediblər.İlk öncə Azərbaycanın suverenliyinin təmin edilməsi, 44 günlük Vətən müharibəsi, qazanılan zəfərə […]