Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycan Mədəniyyət Mərkəzinin strukturu

SAMİR ABBASOV – Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
(Eyni zamanda Azərbaycanın Türkiyədəki Səfirliyinin mədəniyyət işlərini həyata keçirir).

Samir Əlihəsən oğlu Abbasov 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb, 2016–2021-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı olub.
Əmək fəaliyyəti
2005–2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında, 2006–2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyində çalışıb.
2013–2024-cü illərdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, 2024-cü ildən isə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktorudur.
Özbək, türk, ingilis və rus dillərini bilir.
Özbəkistanın bir sıra ali təhsil və elmi müəssisələrinin Fəxri doktoru adına layiq görülüb. Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə “Dostluq”, “Nizami Gəncəvi”, “Fəxri Mədəniyyət İşçisi”, TÜRKSOY medalları, Azərbaycan diplomatik orqanlarının 100 illiyi medalı və digər mükafatlarla təltif olunub.

***
ELNUR HÜSEYNOV – Mərkəzin direktor müavini
ANAR MƏMMƏDOV – Mərkəzin baş məsləhətçisi
GÜNAY ƏHMƏDOVA – Mərkəzin məsləhətçisi
SAMİR İSLAMOV – Mərkəzin mütəxəssisi

Azərbaycan dili biliklərini yoxla

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları

Azərbaycan musiqisi

Tarixi abidələr