Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçirilib

Oktyabrın 19-da Ankarada Azərbaycanın böyük şairi və Türk dünyasının görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin həyatına, ədəbi irsinə və fəlsəfi düşüncələrinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçirilib. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Mədəniyyətini Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən simpozium Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə və 1926-cı ildə Bakıda keçirilmiş […]