Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

19 oktyabr 2026-cı il tarixində Ankarada Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına, fəlsəfi düşüncələrinə və ədəbi irsinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək simpozium Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət […]