Kitabxana və nəşriyyatçılıq sahəsində birgə layihələr müzakirə edilib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş direktoru və Türkiyə Milli Kitabxanasının rəhbəri Taner Beyoğlu ilə görüşüb. Türkiyə Milli Kitabxanasında keçirilən görüşdə kitabxana və nəşriyyatçılıq sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi ilə […]