Ankarada “Türk Dünyası Şöləni” festivalı keçirilib

Avqustun 7-də Ankaranın Keçiören rayonunda yerləşən Lavanda və Gül Bağında ənənəvi olaraq təşkil edilən III Beynəlxalq Keçiören Türk Dünyası Şöləni keçirilib. Keçiören Bələdiyyəsinin ev sahibliyi, TÜRKSOY-un, eləcə də Türkiyədə fəaliyyət göstərən Türk dövlətlərinin səfirlikləri və mədəniyyət mərkəzlərinin dəstəyi ilə keçirilən tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələr, dövlət rəsmiləri, diplomatlar, yerli idarəetmə orqanlarının təmsilçiləri, millət vəkilləri, qeyri-hökumət […]